Bolkart sifariş et

Bolkart Business

  • Ailə üzvləri üçün öz kartına bağlı ƏLAVƏ BOLKART
  • Rəsmiləşmə zamanı fərqli ödəniş tarixinin seçilməsi imkanı
  • KEŞBEK toplayıb, alış-verişə xərcləmək imkanı
  • (012) 50-50-145 nömrəsi ilə ÖZƏL XİDMƏT
Kredit xəttinin məbləği
min.300 AZN - maks.3000 AZN
Kartın müddəti
35 ayadək
Kimlər Bolkart Business ala bilər?
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
Təmassız ödəniş
Təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
Kartdan istifadə tarifləri
Cədvəl
Harada alış-veriş edə bilərsiniz?
Bolkartla partnyor mağalarda, ölkədə və ölkə xaricində istənilən MasterCard/VISA loqosu olan ticarət və xidmət obyektlərində, həmçinin onlayn alış-veriş edə bilərsiniz.

Qeyd: Plastik kartlar üzrə kartın valyutasından fərqli valyutada əməliyyatlar (ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq bankdaxili “Plastik kartlar üzrə alış və satış məzənnələri”nə əsasən konvertasiya edilməklə nəzərə alınır və bu zaman heç bir konvertasiya komissiyası tutulmur.
Daha ətraflı

Cədvəl

ƏMALİYYATLARTARİFLƏR

“Bank of Baku”nun ATM və POS vasitələrilə nağdlaşdırma

1% (min. 1 AZN)

Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma

2.5% (min. 5.0 AZN)

Yerli bankların POS vasitəsi ilə nağdlaşdırma

3% (min. 3.5 AZN)

Xarici bankların ATM vasitəsi ilə nağdlaşdırma

3% (min. 3.5 AZN)

Xarici bankların POS vasitəsi ilə nağdlaşdırma

3% (min. 6.0 AZN)

Konvertasiya

Kartın valyutasından istənilən fərqli valyutada əməliyyatlar ( ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq kartın hansı ödəniş sisteminə aid olmasından asılı olaraq, Visa və ya Mastercard beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə və bankdaxili nağdsız alış və satış məzənnələrinə əsasən konvertasiya edilir

“Retail” əməliyyatları

0%

Oyun / əyləncə mərkəzləri, o cümlədən kazinolarda aparılan “Retail” əməliyyatları**

1.5% (min.2 AZN/USD/EUR)**

ATM vasitəsilə ŞEN-kodun dəyişdirilməsi

1 AZN

“Card to Card” sistemi üzrə köçürmələr

1.5% (min. 1.5 AZN)
Qeyd: “Card to Card” sistemi üzrə köçürülən məbləğlər və kartlar üzrə nağdlaşdırma məbləğinin cəmi kartlarda nəzərdə tutulan nağdlaşdırma limitindən çox ola bilməz!

Credit part P2P (“Card to Card” sistemi üzrə köçürmələr zamanı mədaxil edilən məbləğdən tutulan komissiya)

0%

“Chargeback” üzrə araşdırmanın aparılması

10 AZN

"SMS Bankçılıq" sisteminə qoşulma və dəstəklənmə

Pulsuz

** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 27 dekabr 2021-ci il tarixli Qanuna əsasən qumar oyunları ilə bağlı əməliyyatlar bloklaşdırılmışdır.

Qeyd: Bankın emissiya etdiyi ödəniş kartları üzrə gündəlik maksimum 200 (iki yüz) ABŞ dolları və ya Avro məbləğində olmaqla nağdsız konvertasiya əməliyyatlarının aparılması mümkündür.

Ödənişi nə vaxt etməliyik?
Ödəniş vaxtı Sizin kartı aldığınız tarixdən asılıdır. Bolkartı ayın 1-10 tarixləri aralığında almısınızsa ödənişiniz də hər ayın 1-10 tarixləri aralığında olacaq. Uyğun olaraq, Bolkartı 11-20 tarixləri aralığında almısınızsa ödəniş hər ayın 11-20 tarixləri aralığında, 21-ayın son günü tarixləri aralığında almısınızsa ödəniş hər ayın 21-ayın son günü tarixləri aralığında olacaq.

Misal üçün: Siz BOLKART BUSINESS kartını 15.Sentyabr.2015- ci il tarixində əldə etmisiz. Müvafiq olaraq sizin ödəniş tarixləriniz hər ayın 11 - 20 tarixləri aralığında olacaq.
Daha ətraflı
Borcların ödəniş müddətləri
Kartın üstünlükləri
KƏŞBƏK nədir, necə qazanılır və istifadə edilir?
Bolkartla alış-veriş etdiyiniz zaman Kəşbək məbləği Sizin kartdan istifadə məkanından və hissəli ödəniş seçiminizdən asılıdır.

KƏŞBƏK 2 növdə olur:

1. Standart KƏŞBƏK
2. Kampaniya KƏŞBƏK-i

Standart KƏŞBƏK - alış-veriş zamanı qazandığınız KƏŞBƏK-dir.
Kampaniya KƏŞBƏK-i - Bank və ya Bankın ticarət və ya xidmət partyorları tərəfindən keçirilən xüsusi kampaniyalar zamanı xüsusi şərtlərlə qazanılan KƏŞBƏK-dir. Bu növ KƏŞBƏK-lərin istifadə müddəti müxtəlif ola bilər və keçirilən kampaniyanın şərtlərindən asılıdır.

Daha ətraflı: https://bolkart.az/az/cashback/

Borcların ödəniş müddətləri

KARTDAN İSTİFADƏ (ALIŞ-VERİŞ, NAĞDLAŞDIRMA VƏ S.) MÜDDƏTİÖDƏNİŞ MÜDDƏTİ (ÖDƏNİŞ ARALIĞI 1 - 10 OLAN KARTLAR ÜZRƏ)ÖDƏNİŞ MÜDDƏTİ (ÖDƏNİŞ ARALIĞI 11 - 20 OLAN KARTLAR ÜZRƏ)ODƏNİŞ MÜDDƏTİ (ÖDƏNİŞ ARALIĞI 21 - AYIN SONU KARTLAR ÜZRƏ)

Ayın 1-10 tarixlərində

Növbəti ayın 1-10 tarixləri aralığında

Cari ayın 11-20 tarixləri aralığında

Cari ayın 21-dən – ayın sonu tarixinədək

Ayın 11-20 tarixlərində

Növbəti ayın 1-10 tarixləri aralığında

Növbəti ayın 11-20 tarixləri aralığında

Cari ayın 21-dən – ayın sonu tarixinədək

Ayın 21-ayın sonu tarixlərində

Növbəti ayın 1-10 tarixləri aralığında

Növbəti ayın 11 – 20 tarixləri aralığında

Növbəti ayın 21-dən – ayın sonu tarixinədək

Limitdən istifadə etdiyiniz məbləğləri hansı qaydada ödəməlisiniz?
1. “İndi al 1 aya ödə” imkanı ilə istifadə edilən məbləğlər üzrə:
- Ölkə xarici POS-terminallar və ya Beynəlxalq elektron ticarət əməliyyatları ,Millikart prosessinq mərkəzinin dəstəklədiyi POS və elektron ticarət əməliyyatları istisna olmaqla ölkə daxilində digər prosessinq mərkəzlərinin dəstəklədiyi POS və elektron ticarət əməliyyatları həyata keçirildikdə, həmçinin Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında tam ödənilmədikdə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq gündəlik əsasda aylıq 2,42 % həcmində faiz hesablanır və sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

- Millikart prosessinq mərkəzinin dəstəklədiyi POS və elektron ticarət əməliyyatları zamanı istifadə edilmiş məbləğlər üzrə istifadə tarixindən sonrakı gündən başlayaraq gündəlik əsasda aylıq 2,42 % həcmində faiz hesablanır.Növbəti ödəniş intervalında hesablanmış faizlər mütləq ödənilməlidir, istifadə edilmiş məbləğ isə istəyinizə əsasən ödənilə bilər, ödənilməyən istifadə edilmiş məbləğ sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay bu məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

Qeyd: 06.06.2016 tarixdən başlayaraq "İndi al 1 aya ödə" imkanı üzrə istifadə edilmiş məbləğlər növbəti ödəniş aralığında tam ödənilmədikdə (Millikart prosessinq mərkəzinin dəstəklədiyi POS və elektron ticarət əməliyyatları zamanı istifadə edilmiş məbləğlər üzrə hesablanmış faizlər mütləq ödənməlidir) sonrakı ödəniş aralığından başlayaraq 12 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/12 (on ikidə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

2. İndi al 3 aya ödə, 6 aya ödə, 12 aya ödə imkanları istfadə edilmiş məbləğlər üzrə:
- İlk ödəniş aralığından başlayaraq müvafiq olaraq 3, 6, 12 ay ərzində bərabər hissələrə bölünərək ödənilməlidir.

Qeyd: 28.01.2016 tarixindən başlayaraq "İndi al 12 aya ödə" imkanı üzrə kartlardan istifadə dayandırılmışdır.

3. Nağdlaşdırma zamanı istifadə edilmiş məbləğlər üzrə:

- Nağdlaşdırma əməliyyatları zamanı istifadə edilmiş məbləğlər üzrə istifadə tarixindən sonrakı gündən gündən başlayaraq gündəlik əsasda aylıq 2,42 % həcmində faiz hesablanır.Növbəti ödəniş intervalında hesablanmış faizlər mütləq ödənilməlidir, istifadə edilmiş məbləğ isə istəyinizə əsasən ödənilə bilər, ödənilməyən istifadə edilmiş məbləğ sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay bu məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

Qeyd: 06.06.2016 tarixdən başlayaraq "Nağdlaşdırma" əməliyyatları üzrə istifadə edilmiş məbləğlər növbəti ödəniş aralığında tam ödənilmədikdə (hesablanmış faizlər mütləq ödənilməlidir) sonrakı ödəniş aralığından başlayaraq 12 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/12 (on ikidə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.
Daha ətraflı
Ödəniş vaxtını dəyişdirə bilərsiniz!
Siz kartın rəsmiləşmə anında və ya sonradan Banka müraciət edərək ödəniş vaxtını dəyişdirə bilərsiniz. Yəni, hazırda ödəniş vaxtınız hər ayın 1-10 tarixləri aralığındadırsa, Siz Banka müraciət edib ödəniş tarixini 11-dən – 20-i tarixləri aralığında və ya 21-dən ayın son günü tarixləri aralığında və ya əksinə təyin edə bilərsiniz.

Ödəniş aralığını həmən dövr ərzində dəyişə bilmək üçün mütləq ödənilməli borclar ödənilmiş olmalıdır, odəniş aralığından əvvəlki və ya sonrakı aralığda dəyişə bilmək üçün isə gecikmə olmamalıdır.

Müqavilə dövründə ilk dəfə dəyişmə pulsuzdur, növbəti dəyişmələr zamanı kartın limitinin 1% + 10 AZN həcmində komissiya nəzərdə tutulub.
Faiz dərəcəsi
Aşağıdakı hallarda faiz hesablanmır:

Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 3 aya ödə”, “İndi al 6 aya ödə”, “İndi al 12 aya ödə” imkanı üzrə istifadə edildikdə;

Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 1 aya ödə” imkanı üzrə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə;

- Ölkəxarici POS-terminallar və ya Beynəlxalq elektron ticarət əməliyyatları ,Millikart prosessinq mərkəzinin dəstəklədiyi POS və elektron ticarət əməliyyatları istisna olmaqla ölkə daxilində digər prosessinq mərkəzlərinin dəstəklədiyi POS və elektron ticarət əməliyyatları həyata keçirildikdə istifadə edilmiş məbləğ növbəti ödəniş aralığında ödənildikdə.

Digər hallarda istifadə edilmiş məbləğə aylıq 2.42% dərəcəsi ilə gündəlik faiz hesablanır.
Misal üçün, Siz Bolkart şəbəkəsində “İndi al 1 aya ödə” imkanı ilə 360 AZN məbləğində alış-veriş etmisiz.

Bu zaman növbəti ödəniş aralığında 360 AZN vəsait tam ödənilməsə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq 360 AZN vəsaitə aylıq 2.42 həcmində faiz, yəni gündəlik olaraq 29 qəpik faiz hesablanması aparılacaq və “İndi al 1 aya ödə” imkanı ilə istifadə edilmiş 360 AZN-nin 1/18 hissəsi məbləğində (yəni 20 AZN) 18 aylıq ödəniş cədvəliniz yaranacaq və beləliklə, cədvəl yaranmasından sonrakı növbəti ödəniş aralığından başlayaraq hər ay Siz ödəniş tarixinə hesablanmış faiz məbləğini və ən azı 20 AZN-i ödəməlisiniz.

Qeyd: 06.06.2016 tarixdən başlayaraq "İndi al 1 aya ödə" və "Nağdlaşdırma" imkanları üzrə istifadə edilmiş məbləğlərə verilən möhlətli ödəniş müddəti 18 aydan 12 aya endirilmişdir.
Daha ətraflı
Gecikmə hansı hallarda və nə qədər məbləğdə hesablanır?
Təyin edilmiş ödəniş aralığında Siz mütləq ödənilməsi tələb edilən borcu ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənişi gecikmiş məbləğin 1 faizi minimum 50 (əlli) qəpik cərimə hesablanır.

Misal üçün, Siz “İndi al 6 aya ödə” imkanı ilə 600 AZN məbləğində etdiyiniz alış-verişin dəyərini hər ayın 10-nə qədər bərabər hissələrə bölərək (yəni 600/6 = 100 AZN) 6 ay ərzində tam ödəməlisiniz. Ödənişlər vaxtında edilmədikdə, ödəniş aralığının sonuncu gündən sonrakı gündən etibarən (nümunəyə əsasən ayın 11-dən), gecikdirilmiş hər gün üçün nümunədə qeyd edilən məbləğə əsasən 100AZN *1% =1 AZN həcmində cərimə hesablanır.
İllik xidmət haqqından azadolma
“Müştəri” birinci il üçün xidmət haqqının ödənilməsi öhdəliyindən azad olunur. Sonrakı illər üzrə xidmət haqqının ödəniş müddəti çatdıqda, başa çatmış il ərzində kartın limitinin 15%-i həcmində nağdsız əməliyyat etdikdə “Müştəri” həmin il üzrə xidmət haqqının ödənilməsi öhdəliyindən azad olunur. Əks halda isə, öncəki xidmət ilinin bitdiyi gündən sonrakı ödəniş aralığında xidmət haqqı mütləq ödənilməlidir.

Qeyd: Rəsmiləşdirilən limit birinci il üçün keçərlidir, növbəti illər üçün isə azadolma limiti hesablanarkən öncəki ilin tamamında mövcud olan limit nəzərə alınır.
Kartın qiyməti:
Kart pulsuzdur

QEYD:

Kredit müraciətləri zamanı müştərilərin Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) mövcud öhdəliklərinin yoxlanması üçün 1 AZN xidmət haqqı tutulur. İş yerindən arayış və/və ya əmək haqqı üzrə bank hesabından çıxarış təqdim edilmədikdə Elektron hökümət portalından (e-gov.az) müştəriyə aid məlumatların əldə edilməsi üçün 2 AZN xidmət haqqı tutulur.

“ASAN XİDMƏT” mərkəzləri tərəfindən təqdim olunmuş Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarış və ya Elektron hökümət portalından (e-gov.az) əldə edilmiş elektron arayışla (Elektron əmək müqaviləsi) müraciət edildikdə müvafiq xidmətə görə araşdırma üzrə xidmət haqqı ödənilmir. Bu zaman təqdim olunmuş sənədlər aşağıdakı tələblərə cavab verməlidir.

1. Sənədin üzərində verilmə tarixi qeyd edilməlidir;

2. Müvafiq sənədlər “ASAN XİDMƏT” tərəfindən möhür və ya yapışqanlı holoqram vasitəsilə təsdiq edilməlidir:

“ASAN XİDMƏT” mərkəzləri tərəfindən təqdim olunmuş müvafiq sənədlərin etibarlılıq müddəti sənədin verilmə tarixi və növbəti iş günü kimi qəbul edilir.
Daha ətraflı

Onlayn kalkulyator

Mağazanın adı

Ayı seçin

Məbləğ

Onlayn kalkulyator nədir?

Bu kalkulyator vasitəsilə Siz Bolkartın keçərli olduğu mağazalarda planlaşdırdığınız alış-verişin məbləğini rahat hesablaya bilərsiniz. Bunun üçün Siz əks olunmuş xanalarda 3 sadə funksiyanı yerinə yetirməlisiniz:
1. Alış-veriş edəcəyiniz mağazanı seçməli
2. Alış-veriş müddətini seçməli
3. Almaq istədiyiniz malın qiymətini qeyd etməli
Sonda Siz növbəti aylıq ödəniş və cəmi ödəcəyiniz məbləğ barədə məlumat alacaqsınız.

Cəmi məbləğ

0 AZN

Növbəti aylıq ödəniş

0 AZN

Zəng sifarişi

Təşəkkürlər!

Zəng sifarişiniz qəbul olundu!

Sual ver

Təşəkkürlər!

Sualınız qəbul olundu!

Partnyorluq bağlanması üçün ərizə forması

Təşəkkürlər!

Partnyorluq sifarişiniz qəbul olundu!
Əgər Siz ticarət obyektinizdə Bolkart plastik kartı ilə alış-verişin olmasını istəyirsinizsə, qeyd olunan formanı doldurun.

Onlayn sifariş ver

Təşəkkürlər!

Kart sifarişiniz qəbul olundu!

Yalnız Azərbaycan Respublikası orqanları tərəfindən verilən vəsiqələr qəbul edilir.

Kartların müqayisəsi

  Bolkart Gənc Bolkart AİLƏ Bolkart Gold Bolkart Diamond

Müştərinin yaşı

min.18 - maks.kart rəsmiləşən tarixə 27/

min. 18 - maks. 65

min. 18 - maks. 65

min. 18 - maks. 65

Müştərinin minimal əmək haqqı məbləği


Tələb yoxdur

Qeyd: Şəxsi gəliri olmayan gənclər valideyn zaminliyi ilə kart əldə edə bilərlər

Tələb yoxdur

min. 1000 AZN

min. 3000 AZN

Kredit xəttinin məbləği

min. 200 AZN – maks. 3000 AZN

min. 200 AZN – maks. 3000 AZN

min. 3000 AZN – maks. 5000 AZN

min. 2000 AZN – maks. 10000 AZN

Kartın qiyməti

-

-

-

150 AZN

İllik xidmət haqqı

10 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

20 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

 

40 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

Nəzərdə tutulmayıb

Əlavə kartın buraxılması

Nəzərdə tutlmayıb

Mümkündür

Mümkündür

Mümkündür

Ödəniş tarixləri

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Ödəniş aralığının dəyişdirilməsi

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Nağdlaşdırma limiti -

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.

Nağdlaşdırma komissionu
(Bankın ATM və POSlarında)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

Möhlət müddəti

40 günədək

40 günədək

45 günədək

45 günədək

BAL

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Mil sistemi

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir.
Yığılmış millər Aviabiletlərin alınmasında istifadə oluna bilər.

Priority pass

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir.

Sığorta

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir.

Kartların müqayisəsi