Bolkart sifariş et

Bolkart Diamond

  • Pulsuz SƏYAHƏT SIĞORTASI
  • 60 günədək grace period imkanı
  • Maksimal KEŞBEK qazanmaq imkanı
  • (012) 50-50-145 nömrəsi ilə ÖZƏL XİDMƏT
Kartın qiyməti:
150 AZN
Kredit xəttinin məbləği
min. 3000 AZN - maks. 30000 AZN
Kartın müddəti
35 ayadək
Təmassız ödəniş
Təmassız ödəniş funksiyası dedikdə Pin kod daxil edilmədən kartla 100 manatdan çox olmayan məbləğlər həddində əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
Kartdan istifadə tarifləri
Cədvəl
İllik xidmət haqqı:
Nəzərdə tutlmayıb.

QEYD:

Kredit müraciətləri zamanı müştərilərin Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) mövcud öhdəliklərinin yoxlanması üçün 1 AZN xidmət haqqı tutulur. İş yerindən arayış və/və ya əmək haqqı üzrə bank hesabından çıxarış təqdim edilmədikdə Elektron hökümət portalından (e-gov.az) müştəriyə aid məlumatların əldə edilməsi üçün 2 AZN xidmət haqqı tutulur.

“ASAN XİDMƏT” mərkəzləri tərəfindən təqdim olunmuş Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarış və ya Elektron hökümət portalından (e-gov.az) əldə edilmiş elektron arayışla (Elektron əmək müqaviləsi) müraciət edildikdə müvafiq xidmətə görə araşdırma üzrə xidmət haqqı ödənilmir. Bu zaman təqdim olunmuş sənədlər aşağıdakı tələblərə cavab verməlidir.

1. Sənədin üzərində verilmə tarixi qeyd edilməlidir;

2. Müvafiq sənədlər “ASAN XİDMƏT” tərəfindən möhür və ya yapışqanlı holoqram vasitəsilə təsdiq edilməlidir:

“ASAN XİDMƏT” mərkəzləri tərəfindən təqdim olunmuş müvafiq sənədlərin etibarlılıq müddəti sənədin verilmə tarixi və növbəti iş günü kimi qəbul edilir.
Daha ətraflı

Cədvəl

ƏMALİYYATLARTARİFLƏR

“Bank of Baku”nun ATM və POS vasitələrilə nağdlaşdırma

1.5% (min. 1.5 AZN)

Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma

2% (min. 2.0 AZN)

Yerli bankların POS vasitəsi ilə nağdlaşdırma

3% (min. 3.5 AZN)

Xarici bankların ATM vasitəsi ilə nağdlaşdırma

3% (min. 3.5 AZN)

Xarici bankların POS vasitəsi ilə nağdlaşdırma

3% (min. 6.0 AZN)

Konvertasiya

Kartın valyutasından istənilən fərqli valyutada əməliyyatlar ( ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq kartın hansı ödəniş sisteminə aid olmasından asılı olaraq, Visa və ya Mastercard beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə və bankdaxili nağdsız alış və satış məzənnələrinə əsasən konvertasiya edilir

“Retail” əməliyyatları

0%

Oyun / əyləncə mərkəzləri, o cümlədən kazinolarda aparılan “Retail” əməliyyatları**

1.5% (min.2 AZN/USD/EUR)**

ATM vasitəsilə ŞEN-kodun dəyişdirilməsi

1 AZN

“Card to Card” sistemi üzrə köçürmələr

1.5% (min. 1.5 AZN)
Qeyd: “Card to Card” sistemi üzrə köçürülən məbləğlər və kartlar üzrə nağdlaşdırma məbləğinin cəmi kartlarda nəzərdə tutulan nağdlaşdırma limitindən çox ola bilməz!

Credit part P2P (“Card to Card” sistemi üzrə köçürmələr zamanı mədaxil edilən məbləğdən tutulan komissiya)

0%

“Chargeback” üzrə araşdırmanın aparılması

10 AZN

"SMS Bankçılıq" sisteminə qoşulma və dəstəklənmə

Pulsuz

** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 27 dekabr 2021-ci il tarixli Qanuna əsasən qumar oyunları ilə bağlı əməliyyatlar bloklaşdırılmışdır.

Qeyd: Bankın emissiya etdiyi ödəniş kartları üzrə gündəlik maksimum 200 (iki yüz) ABŞ dolları və ya Avro məbləğində olmaqla nağdsız konvertasiya əməliyyatlarının aparılması mümkündür.

Kimlər Bolkart Diamond ala bilər?
- Yaşı min. 18 - kartın bitmə müddətinə maks. 70 olan, Dövlət və özəl müəssisələrin əməkdaşları və təqaüdçülər

Qeyd: Yuxarıda göstərilən meyarlara cavab verən müştəri seqmentinə aid olub-olmadığınızı bilmək istədikdə 145 Məlumat Mərkəzinə (Tel: 145) və ya Bankın filiallarına müraciət edə bilərsiniz.
Harada alış-veriş edə bilərsiniz?
Bolkartla partnyor mağazalarda, VISA INFINITE platformasında təqdim edildiyi üçün VISA logosu olan hər yerdə, ölkədə və ölkə xaricində istənilən ticarət və xidmət obyektlərində, həmçinin onlayn alış-veriş edə bilərsiniz.

Qeyd: Plastik kartlar üzrə kartın valyutasından fərqli valyutada əməliyyatlar (ATM, Card to Card, online, retail və s.) müvafiq olaraq bankdaxili “Plastik kartlar üzrə alış və satış məzənnələri”nə əsasən konvertasiya edilməklə nəzərə alınır və bu zaman heç bir konvertasiya komissiyası tutulmur.
Ödənişi nə vaxt etməliyik?
Ödəniş vaxtı Sizin kartı aldığınız tarixdən asılıdır. Bolkartı ayın 1-10 tarixləri aralığında almısınızsa ödənişiniz də hər ayın 1-10 tarixləri aralığında olacaq. Uyğun olaraq, Bolkartı 11-20 tarixləri aralığında almısınızsa ödəniş hər ayın 11-20 tarixləri aralığında, 21-ayın son günü tarixləri aralığında almısınızsa ödəniş hər ayın 21-ayın son günü tarixləri aralığında olacaq.
Borcların ödəniş müddətləri
Ödəniş vaxtını dəyişdirə bilərsiniz!
Siz kartın rəsmiləşmə anında və ya sonradan Banka müraciət edərək ödəniş vaxtını dəyişdirə bilərsiniz. Yəni, hazırda ödəniş vaxtınız hər ayın 1-10 tarixləri aralığındadırsa, Siz Banka müraciət edib ödəniş tarixini 11-dən – 20-i tarixləri aralığında və ya 21-dən ayın son günü tarixləri aralığında və ya əksinə təyin edə bilərsiniz. Bank Müştərinin bununla bağlı sifarişini aldıqdan sonra onun icrasının mümkünlüyünü, özünün texnoloji imkanları və daxili korporativ aktları əsasında müəyyənləşdirir və sifarişin icrası mümkün olduqda, Müştərinin müraciətini təmin edir.

Ödəniş aralığını həmən dövr ərzində dəyişə bilmək üçün mütləq ödənilməli borclar ödənilmiş olmalıdır, odəniş aralığından əvvəlki və ya sonrakı aralığda dəyişə bilmək üçün isə gecikmə olmamalıdır.

Müqavilə dövründə ilk dəfə dəyişmə pulsuzdur, növbəti dəyişmələr zamanı kartın limitinin 1% + 10 AZN həcmində komissiya nəzərdə tutulub.
Daha ətraflı

Borcların ödəniş müddətləri

KARTDAN İSTİFADƏ (ALIŞ-VERİŞ, NAĞDLAŞDIRMA VƏ S.) MÜDDƏTİÖDƏNİŞ MÜDDƏTİ (ÖDƏNİŞ ARALIĞI 1 - 15 OLAN KARTLAR ÜZRƏ)ODƏNİŞ MÜDDƏTİ (ÖDƏNİŞ ARALIĞI 16 - AYIN SONU KARTLAR ÜZRƏ)

Ayın 1-15 tarixlərində

Növbəti ayın 1 – 15 tarixləri aralığında

Cari ayın 16-dan – ayın sonu tarixinədək

Ayın 16 - ayın sonu tarixlərində

Növbəti ayın 1 – 15 tarixləri aralığında

Növbəti ayın 16 – ayın sonu tarixinədək

Limitdən istifadə etdiyiniz məbləğləri hansı qaydada ödəməlisiniz?
1. “İndi al 1 aya ödə” imkanı və nağdlaşdırma üzrə istifadə edilən məbləğlər üzrə:

- Bank tərəfindən güzəşt müddəti tətbiq edilən əməliyyatlar nəticəsində yaranmış borc məbləğlərinə Kredit sazişində razılaşdırılmış ilk tarix aralığından sonrakı növbəti ödəniş aralığınadək olan müddət ərzində faizlərin hesablanması üzrə güzəşt müəyyən edilir. Qeyd edilən müddətdə əsas borc məbləği tam olaraq geri ödənilmədikdə, ödənilməmiş məbləğə güzəşt müddəti verilən müddətin sonuncu günüdən əvvəlki 30 gün müddəti üçün aylıq 2,09 % həcmində birdəfəlik faizlər, güzəşt müddəti bitən andan etibarən isə gündəlik əsasda aylıq 2,09 % həcmində faiz hesablanır və müəyyən edilmiş ödəniş aralığından etibarən Müştərinin həmin anadək hesablanmış faiz məbləğləri ilə bərabər, həmçinin yaranmış əsas borc məbləğinin, Bank tərəfindən ayrı qayda nəzərdə tutulmamışdırsa, ən azı 1/24 (1/36) və ya Bank tərəfindən müəyyən edilən digər nisbətdə olan hissəsini Banka geri ödəmək öhdəliyi yaranır. Faizlərin hesablanması ümumi borc məbləği tam ödənilənədək aparılır.

2. İndi al 2, 3, 6, 9, 12, 18, 24 aya ödə imkanları istifadə edilmiş məbləğlər üzrə:

- İlk ödəniş aralığından başlayaraq müvafiq olaraq 2, 3, 6, 9, 12, 18, 24 ay ərzində bərabər hissələrə bölünərək ödənilməlidir.
Daha ətraflı
Növbəti ödəniş intervalında hesablanmış faizlər mütləq ödənilməlidir, istifadə edilmiş məbləğ isə istəyinizə əsasən ödənilə bilər, ödənilməyən istifadə edilmiş məbləğ sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay bu məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

İndi al 3 aya ödə, 6 aya ödə, 12 aya ödə imkanları istfadə edilmiş məbləğlər üzrə:

İlk ödəniş aralığından başlayaraq müvafiq olaraq 3, 6, 12 ay ərzində bərabər hissələrə bölünərək ödənilməlidir.

Nağdlaşdırma zamanı istifadə edilmiş məbləğlər üzrə:

Nağdlaşdırma əməliyyatları zamanı istifadə edilmiş məbləğlər üzrə növbəti ödəniş aralığında tam ödənilmədikdə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq gündəlik əsasda aylıq 2,09 % həcmində faiz hesablanır və sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay istifadə edilmiş məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.
Nə qədər və nə vaxt nağd pul çıxara bilərsiniz?
Siz istədiyiniz zaman BOLKART DIAMOND kartının ümumi limitinin 100%-dək hissəsini nağdlaşdıra bilərsiniz. Yəni, Sizə Bolkartda 10000 AZN məbləğ verilibsə, 10000 AZN-dək məbləği nağd pul kimi çıxara bilərsiniz.

Bank of Baku ATM - lərində nağdlaşdırma zamanı 1,5% (minimum 1,5 AZN) nağdlaşdırma komissiyası tutulur.

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.
Gecikmə hansı hallarda və nə qədər məbləğdə hesablanır?
Təyin edilmiş ödəniş aralığında Siz mütləq ödənilməsi tələb edilən borcu ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənişi gecikmiş məbləğin 1 faizi minimum 50 (əlli) qəpik cərimə hesablanır.

Misal üçün, Siz “İndi al 6 aya ödə” imkanı ilə 600 AZN məbləğində etdiyiniz alış-verişin dəyərini hər ayın 15-nə qədər bərabər hissələrə bölərək (yəni 600/6 = 100 AZN) 6 ay ərzində tam ödəməlisiniz. Ödənişlər vaxtında edilmədikdə, ödəniş aralığının sonuncu gündən sonrakı gündən etibarən (nümunəyə əsasən ayın 16-dan), gecikdirilmiş hər gün üçün nümunədə qeyd edilən məbləğə əsasən 100AZN *1% =1 AZN həcmində cərimə hesablanır.
Faiz dərəcəsi
Aşağıdakı hallarda faiz hesablanmır:

-Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 2 aya ödə”, “İndi al 3 aya ödə”, “İndi al 6 aya ödə”, “İndi al 9 aya ödə”, “İndi al 12 aya ödə”, “İndi al 18 aya ödə”, “İndi al 24 aya ödə” imkanı üzrə istifadə edildikdə;

-Bankın partnyorları olan ticarət və xidmət məntəqələrində “İndi al 1 aya ödə” imkanı üzrə istifadə edilmiş məbləğ kredit sazişində razılaşdırılmış ilk tarix aralığından sonrakı növbəti ödəniş aralığınadək olan müddət ərzində ödənildikdə;

- Nağdlaşdırma, ölkədaxili və ölkəxarici POS-terminallar və həmçinin beynəlxalq elektron ticarət əməliyyatları həyata keçirildikdə istifadə kredit sazişində razılaşdırılmış ilk tarix aralığından sonrakı növbəti ödəniş aralığınadək olan müddət ərzində ödənildikdə;

Digər hallarda istifadə edilmiş məbləğə aylıq 2.09% dərəcəsi ilə gündəlik faiz hesablanır.
Daha ətraflı
Pulsuz SƏYAHƏT SIĞORTASI
BOLKART DIAMOND sahibləri pulsuz olaraq Səyahət sığortası əldə edirlər. Bu zaman:

- Səyahət xərclərinin minimum 50%-i sığorta edilən kart hesabına qarşılanmalıdır.
- Səyahət üçün nəzərdə tutulmuş aviabilet 2 tərəfli( gediş-dönüş) olmalıdır.
- Səyahət edilən yer daimi yaşayış yerindən minimum 100 km uzaqlıqda olmalıdır.
- Səyahətin başladığı və bitdiyi yer daimi yaşayış yeri olmalıdır.
- Səyahətin müddəti maksimum 90 gün ola bilər və s. tələblər ödənilməlidir.

Dahə ətraflı

Onlayn kalkulyator

Mağazanın adı

Ayı seçin

Məbləğ

Onlayn kalkulyator nədir?

Bu kalkulyator vasitəsilə Siz Bolkartın keçərli olduğu mağazalarda planlaşdırdığınız alış-verişin məbləğini rahat hesablaya bilərsiniz. Bunun üçün Siz əks olunmuş xanalarda 3 sadə funksiyanı yerinə yetirməlisiniz:
1. Alış-veriş edəcəyiniz mağazanı seçməli
2. Alış-veriş müddətini seçməli
3. Almaq istədiyiniz malın qiymətini qeyd etməli
Sonda Siz növbəti aylıq ödəniş və cəmi ödəcəyiniz məbləğ barədə məlumat alacaqsınız.

Cəmi məbləğ

0 AZN

Növbəti aylıq ödəniş

0 AZN

Zəng sifarişi

Təşəkkürlər!

Zəng sifarişiniz qəbul olundu!

Sual ver

Təşəkkürlər!

Sualınız qəbul olundu!

Partnyorluq bağlanması üçün ərizə forması

Təşəkkürlər!

Partnyorluq sifarişiniz qəbul olundu!
Əgər Siz ticarət obyektinizdə Bolkart plastik kartı ilə alış-verişin olmasını istəyirsinizsə, qeyd olunan formanı doldurun.

Onlayn sifariş ver

Təşəkkürlər!

Kart sifarişiniz qəbul olundu!

Yalnız Azərbaycan Respublikası orqanları tərəfindən verilən vəsiqələr qəbul edilir.

Kartların müqayisəsi

  Bolkart Gənc Bolkart AİLƏ Bolkart Gold Bolkart Diamond

Müştərinin yaşı

min.18 - maks.kart rəsmiləşən tarixə 27/

min. 18 - maks. 65

min. 18 - maks. 65

min. 18 - maks. 65

Müştərinin minimal əmək haqqı məbləği


Tələb yoxdur

Qeyd: Şəxsi gəliri olmayan gənclər valideyn zaminliyi ilə kart əldə edə bilərlər

Tələb yoxdur

min. 1000 AZN

min. 3000 AZN

Kredit xəttinin məbləği

min. 200 AZN – maks. 3000 AZN

min. 200 AZN – maks. 3000 AZN

min. 3000 AZN – maks. 5000 AZN

min. 2000 AZN – maks. 10000 AZN

Kartın qiyməti

-

-

-

150 AZN

İllik xidmət haqqı

10 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

20 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

 

40 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

Nəzərdə tutulmayıb

Əlavə kartın buraxılması

Nəzərdə tutlmayıb

Mümkündür

Mümkündür

Mümkündür

Ödəniş tarixləri

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Ödəniş aralığının dəyişdirilməsi

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Nağdlaşdırma limiti -

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.

Nağdlaşdırma komissionu
(Bankın ATM və POSlarında)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

Möhlət müddəti

40 günədək

40 günədək

45 günədək

45 günədək

BAL

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Mil sistemi

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir.
Yığılmış millər Aviabiletlərin alınmasında istifadə oluna bilər.

Priority pass

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir.

Sığorta

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir.

Kartların müqayisəsi