Bolkart sifariş et

FAQ

  • Bolkartı haradan almaq olar?

    Bolkartı "Bank of Baku"-nun Bakı, Xırdalan, Sumqayıt, Şəki, Lənkəran, Gəncə, Xaçmaz və Şirvan şəhərlərində fəaliyyət göstərən filiallarından əldə etmək olar.

  • Bankda kreditim varsa Bolkart əldə edə bilərəmmi?

    Bəli, ala bilərsiniz. Ətraflı məlumatı 145 Məlumat Mərkəzindən, saytda fəaliyyət göstərən onlayn məsləhətçi xidmətindən və yaxud da www.facebook.com/bolkart səhifəsindən əldə edə bilərsiniz.

  • Bolkartın məbləğ limiti nəyə əsasən təyin edilir?

    Bolkart limiti ərizəçinin iş yerindən, əmək haqqı məbləğindən, Bankla əməkdaşlıq müddəti və tarixçəsindən, digər banklarda olan cari öhdəliklərindən, Bankımızda əmanət və ya cari hesablarında olan məbləğıərdən və sair amillərdən asılıdır.

  • Bolkartın məbləğini sonradan artıra və ya azalda bilərəmmi?

    Bəli, hər iki əməliyyat mümkündür.

    Limit artırma yalnız müsbət kredit tarxiçəsinə malik olan və eyni zamanda Bolkart əldə edildikdən ən azı 6 ay müddət keçdikdən sonra arıtırıla bilər, həmçinin limit artımı əməliyyatı 3 aydan az olmayan dövrdə təkrarlana bilər. Bolkart üzrə məbləğin artırılması limitin təyin edilməsi üsullarına uyğun olaraq aparılır.

    Bolkart üzrə limitin azaldılması üçün məhdudiyyət yoxdur, lakin limit yalnız qalıq borc məbləğinə qədər azaldıla bilər. Həmçinin azaldılan limit 300 AZN-dən aza ola bilməz.

  • Nəyə görə bəzi ticarət obyektlərində Bolkartla alış-veriş edərkən, qiymətlərdə fərqlər olur?

    Bank öz xərclərini qarşılamaq və gəlir əldə etmək üçün ticarət obyektlərindən hər əməliyyata görə komissiya əldə edir. Bəzi ticarət obyektlərinin gəlirlilik marjası aşağıdır, bu isə öz növbəsində xidmət və ya məhsulun nağd satış qiyməti ilə Bolkartla satış qiyməti arasında fərq yaranmasına səbəb olur.

  • Kartın müddətinin bitməsinə nə qədər qalmış kartdan istifadə etmək olar?

    Kartın üzərində qeyd olunan ilin müvafiq ayın son günündək kartdan istifadə etmək olar. Kartdan nə zaman istifadə etməyinizdən asılı olmayaraq, təyinatı üzrə ödənişlər həyata keçirilir.

  • Bolkart üzrə borc öhdəliklərim necə yaranır və öhdəliklərimi vaxtında yerinə yetirmədiyimdə nə baş verir?

    Bolkart üzrə borc öhdəliyi hər bir əməliyyat üzrə ayrılıqda yaranır.

    Yenilənmiş Bolkartlar (Bolkart Diamond, Bolkart Gold, Bolkart Ailə, Bolkart Business, Bolkart Gənc) üzrə:
    "Millikart prosessinq mərkəzinin dəstəklədiyi POS və Elektron ticarət üzrə “İndi al 1 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və ya xidmətlərin dəyərinə alış-verişin növbəti gündən başlayaq müqavilədə göstərilmiş həcmdə gündəlik faizlər hesablanır. Ödəniş tarixunizdən asılı olaraq növbəti ödəniş tarixinizdə hesablanmış faiz mütləq olaraq ödənilməlidir. Qalıq borc məbləğini tam ödəmədikdə, növbəti ödəniş tarixində mövcud qalıq borcun ən azı 1/18 hissəsi və qalıq borca hesablanmış faizlər ödənilməlidir.

    Misal üçün, Siz Bolkart Ailə kartı ilə Millikart prosesinq mərkəzinin dəstəklədiyi POS vasitəsi ilə “İndi al 1 aya ödə” imkanı ilə 360 AZN məbləğində alış-veriş etmisiniz. Bu zaman alış-verişin sonrakı günündən başlayaraq 360 AZN vəsaitə aylıq 2.42% həcmində faiz, yəni gündəlik olaraq 29 qəpik faiz hesablanması aparılacaq. Növbəti ödəniş intervalında hesablanmış faizlər mütləq ödənilməlidir, istifadə edilmiş məbləğ isə istəyinizə əsasən ödənilə bilər, ödənilməyən istifadə edilmiş məbləğ sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay bu məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

    Ölkə xaricində istənilən və ölkədaxili digər prosesinq mərkəzinin dəstəklədiyi POS-lar və elektron ticarət üzrə və həmçinin Bankın partnyorları olan ticarət və xidmət məntəqələri üzrə “İndi al 1 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və ya xidmətlərin dəyərini növbəti ödəniş aralığının son tarixinədək tam ödəməsəniz bu zaman ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq qalıq borca müqavilədə göstərilmiş faiz dərəcəsi ilə gündəlik faiz hesablanır .Növbəti ödəniş tarixində mövcud qalıq borcun ən azı 1/18 hissəsi və qalıq borca hesablanmış faizlər ödənilməlidir.

    Misal üçün, Siz Bolkart Ailə kartı ilə Bolkart şəbəkəsində “İndi al 1 aya ödə” imkanı ilə 100 AZN məbləğində alış-veriş etmisiniz. Bu zaman növbəti ödəniş intervalında 100 AZN vəsait tam ödənilməsə ödəniş aralığının sonuncu günündən sonrakı gündən başlayaraq 100 AZN vəsaitə aylıq 2.42% ilə yəni gündəlik olaraq 8 qəpik faiz hesablanacaq. Sonrakı ayın ödəniş aralığında Siz hesablanmış faiz məbləğini və “İndi al 1 aya ödə” imkanı ilə istifadə edilmiş 100 AZN-nin ən azı 1/18 (on səkkizdə bir) hissəsi yəni, 5.56 AZN-i ödəməlisiniz."

    Qeyd: 06.06.2016 tarixdən başlayaraq "İndi al 1 aya ödə" və "Nağdlaşdırma" imkanları üzrə istifadə edilmiş məbləğlərə verilən möhlətli ödəniş müddəti 18 aydan 12 aya endirilmişdir.

  • Yenilənməmiş Bolkartlar üzrə (Adi və Master Bolkart):

    “İndi al 1 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və ya xidmətlərin dəyərini növbəti ayın 10-na qədər ödəməsəniz, hər ayın 11-dən etibarən qalıq borc məbləğinə müqavilədə göstərilən həcmdə əlavə komissiya hesablanır və hesablanmış komissiya növbəti ayın 10-na qədər tam ödənilməlidir. Bu zaman Sizin bankdakı kredit tarixçəniz korlanmır və kartın bitmə müddəti, üstəgəl 12 ay ərzində Siz borc öhdəliyinizi bağlamalısınız.

    Yenilənmiş və yenilənməməiş Bolkartlar üzrə :
    “İndi al 3 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və xidmətlərin dəyəri yenilənməməiş Bolkartlar üzrə hər ayın 10-na qədər yenilənmiş Bolkartlar üzrə isə müvafiq ödəniş aralığında bərabər hissələrlə ödənilmək şərtilə növbəti 3 ay ərzində tam ödənilməlidir (istifadə edilmiş məbləğ 300 AZN olduqda, hər ay 300/3=100 AZN ödəmək kifayətdir). Əgər kartınızın müddəti bu imkandan istifadə etdikdən sonra 3 aydan tez bitərsə, bu halda istifadə edilmiş məbləği qrafikə uyğun olaraq ödəyə bilərsiniz və kartın müddətinin bitməsinə görə borcunuzu da vaxtından əvvəl bağlamağa ehtiyac yoxdur. Hər istifadə edilmiş məbləğə görə 3 ay ərzində ödənişlər vaxtında yerinə yetirilərsə, Siz heç bir əlavə haqq ödəmirsiniz.

    “İndi al 6 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və xidmətlərin dəyəri yenilənməməiş Bolkartlar üzrə hər ayın 10-na qədər yenilənmiş Bolkartlar üzrə isə müvafiq ödəniş aralığında bərabər hissələrlə ödənilmək şərtilə növbəti 6 ay ərzində tam ödənilməlidir (istifadə edilmiş məbləğ 300 AZN olduqda, hər ay 300/6=50 AZN ödəmək kifayətdir). Əgər kartınızın müddəti bu imkandan istifadə etdikdən sonra 6 aydan tez bitərsə, bu halda istifadə edilmiş məbləği qrafikə uyğun olaraq ödəyə bilərsiniz və kartın müddətinin bitməsinə görə borcunuzu da vaxtından əvvəl bağlamağa ehtiyac yoxdur. Hər istifadə edilmiş məbləğə görə 6 ay ərzində ödənişlər vaxtında yerinə yetirilərsə, Siz heç bir əlavə haqq ödəmirsiniz.

    ”İndi al 12 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və xidmətlərin dəyəri yenilənməməiş Bolkartlar üzrə hər ayın 10-na qədər yenilənmiş Bolkartlar üzrə isə müvafiq ödəniş aralığında bərabər hissələrlə ödənilmək şərtilə növbəti 12 ay ərzində tam ödənilməlidir (istifadə etdilmiş məbləğ 300 AZN olduqda, hər ay 300/12=25 AZN ödəmək kifayətdir). Əvvəlki imkanlarda olduğu kimi, kartınızın müddəti bitdikdə belə borcun vaxtından əvvəl bağlanmasına zərurət yoxdur. Hər istifadə edilmiş məbləğə görə Siz heç bir əlavə haqq ödəmirsiniz, sadəcə ödənişlərin vaxtlı-vaxtında edilməsi kifayətdir. Misal: Kartınızın müddəti 2 aydan sonra bitir, lakin Siz 252 AZN məbləğində məhsul əldə edirsiniz. Bu zaman Siz yenilənməməiş Bolkartlar üzrə növbəti ayın 10-dan başlayaraq 12 ay ərzində hər ay 21 AZN ödəyirsiniz və bununla borcu tam bağlamış olursunuz (21*12 ay=252).

    Hər bir halda, borc öhdəliklərini vaxtında yerinə yetirmədiyinizdə gecikdirilən borc məbləğinə gündəlik əsasda cərimə hesablanır və bankdakı kredit tarixçəniz korlanır. Misal üçün:

    Siz “İndi al 6 aya ödə” imkanı ilə 600 AZN məbləğində etdiyiniz alış verişin dəyərini yenilənməməiş Bolkartlar üzrə hər ayın 10-na qədər yenilənmiş Bolkartlar üzrə isə müvafiq ödəniş aralığında bərabər hissələrə bölərək yəni , 600/6=100 AZN ödənilmək şərtilə növbəti 6 ay ərzində tam ödənilməlisiniz. Əgər ödənişlər vaxtında edilməzsə sizə verilmiş möhlət müddəti istisna olmaqla,ödəniş aralığının birinci günündən başlayaraq 90 gün ərzində, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 1 faizi minimum 0.50 manatdan az olmamaqla cərimə hesablanır. Yəni borc müvafiq ödəniş aralığının son gününədək ödənilməsə ödəniş aralığının son gününüdən sonrakı gündən başlayaraq müştəriyə gecikdirlən məbləğin 1 %-i (minimum 0.5AZN olmaqla) ,yəni 100AZN *1% =1 AZN həcmində cərimə hesablanır.

    Qeyd: 28.01.2016 tarixindən başlayaraq "İndi al 12 aya ödə" imkanı üzrə kartlardan istifadə dayandırılmışdır.

  • Bolkartla ATM-bankomatdan nağd pul çıxara bilərəm?

    Adi Bolkart və ya Bolkart MasterCard-ı olan müştərilər üzrə kartdan nağd pul çıxarmaq "Bank of Baku"-nun elan etdiyi ayrı-ayrı nağdlaşdırma kampaniyaları dövründə mümkündür. Bolkat Diamond,Bolkart Gold, Bolkart Ailə, Bolkart Buisness, Bolkart Gənc tipli kartlar üzrə isə Bank tərəfindən müəyyən edilmiş limitlər çərçivəsində daimi nağdlaşdırma mümkündür. Bütün yeni Bolkart növləri üzrə nağdlaşma kartın limitinin 15%-i həcmində təyin edilmişdir.

    Qeyd: 15.01.2016-cı il tarixdən etibarən yeni Bolkart növləri üzrə nağdlaşdırma imkanı müvəqqəti olaraq dayandırılmışdır.

  • Bolkartla ATM-bankomatdan nağdlaşdırdığım vəsait üzrə ödənişi necə etməliyəm?

    Yenilənmiş Bolkartlar üzrə, yəni Bolkat Diamond,Bolkart Gold, Bolkart Ailə, Bolkart Buisness, Bolkart Gənc tipli kartlar üzrə Bank tərəfindən müəyyən edilmiş limitlər çərçivəsində daimi nağdlaşdırma mümkündür. Kartlar üzrə nağdladırma komissiyası nağdlaşdırılan vəsaitin 1%-i (minimum 1 AZN ) həcmində tutulur. Nağdlaşdırılan vəsaitə növbəti gündən başlayaraq faiz hesablanır Növbəti ödəniş aralığında hesablanmış faizlər mütləq ödənilməlidir, istifadə edilmiş məbləğ isə istəyinizə əsasən ödənilə bilər, ödənilməyən istifadə edilmiş məbləğ sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay bu məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi, həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir.

    Misal üçün.
    Siz , Bolkart Ailə kartı ilə Avqust ayının 10 - da 900 AZN vəsaiti nağdlaşdırmısız. Ödəniş aralığı isə sentyabrın 1 dən 10 na kimi təyin edilib. Şərtlərə görə isə nağdlaşdırmaya görə nağdlaşdırılan vəsaitin 1%-ihəcmində komissiya tutulur. Ümumi borcunuz 900 AZN + 1% (indiki halda 9 AZN) = 909 AZN təşkil edir. Növbəti ödəniş aralığında siz nağdlaşdırılan vəsaitə görə hesablanmış faizi mütləq ödəməlisininiz. Nağdlaşdırılan vəsait isə istəyinizə əsasən ödənilə bilər, ödənilməyən nağdlaşdırılan vəsait sonrakı ödəniş aralığından başlayaraq 18 ay ərzində hər ay bu məbləğin ən azı 1/18 (on səkkizdə bir) hissəsi həcmində və həmçinin ödənilən tarixə hesablanmış faizlər mütləq ödənilməlidir. Yəni, növbəti ödəniş aralığı ərzində ödənilmədikdə sonrakı ayın ödəniş tarixləri ərzində siz ən azı 909 AZN nin 1/18 hissəsini yəni 50.50 AZN və ödəniş olunan tarixə hesablanmış faiz borcunu ödəməlisiniz.

    Yenilənməmiş Bolkartlar , yəni Adi Bolkart və ya Bolkart MasterCard-ı olan müştərilər üzrə Bolkartla nağdlaşdırma kampaniyaları zamanı, nağdlaşdırılmış vəsaitin hansı dövrə qədər əlavə faizsiz qaytarılacağı və nağdlaşdırma zamanı tutulacaq komissiya barədə məlumat elan edilir. Nağdlaşdırılmış vəsait və hesablanmış nağdlaşdırma komissiyası göstərilmiş tarixə qədər tam ödənilməlidir. Lakin bu mümkün olmadıqda, hər növbəti ayın 10-a qədər nağdlaşdırma üzrə yaranmış əsas borc məbləğinin 2,5 %-i həcmində əlavə komissiya haqqı ödəməklə, ödənişləri “İndi al 1 aya ödə” imkanına müvafiq olaraq davam etdirmək mümkündür.

    Misal üçün.
    Nağdlaşdırma kampaniyası zamanı 200 AZN vəsait nağdlaşdırmısınız. Kampaniya şərtlərinə görə isə nağdlaşdırmaya görə komissiya 3% təşkil edir və nağdlaşdırılmış vəsait sentyabr ayının 10-a qədər ödəndikdə, əlavə faiz nəzərdə tutulmur.

    Beləliklə, Siz sentyabr ayının 10-a qədər 200 AZN + 3% (indiki halda 6 AZN) = 206 AZN ödəniş etsəz, əlavə xərc ödəməyəcəksiniz. Xatırladaq ki, nağdlaşdırılmış vəsait və nağdlaşdırılma zamanı tutulan komissiya ilə birlikdə əsas borc məbləğini formalaşdırır. Əsas borc məbləğini sentyabr ayının 10-a qədər tam ödəmək mümkün olmadıqda, sentyabr ayının 11-i əsas borc məbləği üzrə ödənilməmiş hissəyə 2,5% komissiya əlavə ediləcək. Siz oktyabr ayının 10-a qədər ən azı komissiya məbləği qədər (2,5%) ödəniş etməlisiniz. Ödəniş zamanı komissiya məbləğindən əlavə edilmiş ödəniş əsas borc məbləğindən silinəcək. Bu proses əsas borc məbləği tam olaraq ödənənə qədər davam edəcək (maksimum kartın bitmə müddəti üstəgəl 12 ay).

    Qeyd: 06.06.2016 tarixdən başlayaraq "Nağdlaşdırma" imkanı üzrə istifadə edilmiş məbləğlərə verilən möhlətli ödəniş müddəti 18 aydan 12aya endirilmişdir.

  • MasterCard loqolu Bolkart vasitəsi ilə qeyri-Bolkart POS terminalları və internetdə onlayn istifadə zamanı yaranmış borc məbləğini necə ödəməliyəm?

    MasterCard loqolu Bolkart vasitəsi ilə qeyri-Bolkart POS terminalları (MasterCard-ı dəstəkləyən) üzrə alış-veriş və internetdə onlayn istifadə zamanı yaranmış borc məbləği üzrə ödəniş “İndi al 1 aya ödə” imkanına müvafiq olaraq həyata keçirilir.

  • Bolkart üzrə kredit ödənişlərini necə həyata keçirməliyəm?

    Kredit üzrə borc məbləği hər növbəti ayın müəyyən edilmiş ödəniş tarixinin son gününə qədər ödənilməlidir. Əgər eyni zamanda bir neçə dəfə istifadə etmisinizsə, o zaman aylıq ödənişləriniz toplanaraq birlikdə ödənilməlidir (misal: 12 aylıq 600 AZN = aylıq 50 AZN və 6 aylıq 180 AZN = aylıq 30 AZN, cəmi ilk 6 ay ərzində 80 AZN, növbəti 6 ay ərzində 50 AZN).

  • Bolkart üzrə ödəniş tarixini dəyişə bilərəmmi?

    Bəli. Bolkart Gənc, Bolkart Ailə, Bolkart Buisiness, Bolkar Gold və Bolkart Diamond sahibi olan müştərilərin istəyi əsasında bank tərəfindən əvvəlcədən müəyyən edilmiş ödəniş tarixləri intervalı dəyişdirilə bilər. Bunun üçün müştəri şəxsiyyət vəsiqəsi ilə Banka müraciət etməlidir.

    Misal:
    Hal hazırda Bolkart Ailə kartı üzrə sizin ödəniş aralığlnız hər ayın 11-20 tarixləri aralığındadır, Siz Banka müraciət edib ödəniş tarixini təqvim ayının 1-dən – 10-u tarixləri aralığına və ya 21-dən ayın son günü tarixləri aralığına təyin edə bilərsiniz. Ödəniş aralığını həmən dövr ərzində dəyişə bilmək üçün mütləq ödənilməli borclar ödənilmiş olmalıdır, odəniş aralığından əvvəlki və ya sonrakı aralığda dəyişə bilmək üçün isə gecikmə olmamalıdır. Müqavilə dövründə ilk dəfə dəyişmə pulsuz həyata keçirilir, növbəti dəyişmələr zamanı xidmət haqqı ödənilməlidir.

  • Bolkart üzrə ödədiyim məbləğ ödəniş opsiyaları üzrə hansı ardıcıllıqda silinir?

    Yenilənmiş Bolkartlar üzrə, yəni Bolkat Diamond, Bolkart Gold, Bolkart Ailə, Bolkart Buisness, Bolkart Gənc tipli kartlar üzrə ödəniş müəyyən edilmiş ödəniş tarixləri ərzində, ödəniş təqvim ayının digər günlərində kredit gecikmədə olmadığı halda və ya ödənişin edilmə tarixindən asılı olmayaraq kredit gecikmədə olarkən həyata keçirildikdə:

    1. Hesablanmış cərimələrin;
    2. Ödəniş dövründə ödənilməli olan faizlərin/komisyon haqlarının;
    3. 3 (üç), 6 (altı), 12 (on iki) və ya digər aylıq ödəniş növündən istifadə edilməklə yaranmış kredit borcları üzrə müvafiq ayın hissəvi ödənişinin;
    4. “MilliKart” Prossesinq Mərkəzində xidmət olunan bankomat və POS terminalları vasitəsi ilə 1 (bir) aylıq ödəniş növü üzrə nağdsız hesablaşma nəticəsində yaranmış kredit borcunun ödənilməsi mütləq olan hissəsinin (1/18 hissə);
    5. Digər prossesinq Mərkəzində xidmət olunan bankomat və POS terminalları vasitəsi ilə 1 (bir) aylıq ödəniş növü üzrə nağdsız hesablaşma nəticəsində yaranmış kredit borcunun ödənilməsi mütləq olan hissəsinin (1/18 hissə);
    6. Vəsaitin nağdlaşdırması nəticəsində yaranmış kredit borcunun ödənilməsi mütləq olan hissəsinin (1/18 hissə);
    7. Ödəniş dövründə ödənilməsi mütləq olmayan, hesablanmış komisyon haqlarının;
    8. 1 (bir) aylıq ödəniş növü üzrə nağdsız hesablaşma nəticəsində yaranmış kredit borcları üzrə ödənilməsi mütləq olmayan hissələrin;
    9. Vəsaitin nağdlaşdırması nəticəsində yaranmış və ödənilməsi mütləq olmayan hissələrin;
    10. “MilliKart” Prossesinq Mərkəzində xidmət olunan bankomat və POS terminalları vasitəsi ilə 1 (bir) aylıq ödəniş növündən istifadə edilməklə nağdsız hesablaşma nəticəsində yaranmış və kredit borcunun hissələrə (18 hissəyə) bölünməmiş məbləğlərin;
    11. Digər prossesinq Mərkəzində xidmət olunan bankomat və POS terminalları vasitəsi ilə 1 (bir) aylıq ödəniş növü üzrə nağdsız hesablaşma nəticəsində yaranmış və və kredit borcunun hissələrə (18 hissəyə) bölünməmiş məbləğlərin;
    12. Vəsaitin nağdlaşdırması nəticəsində yaranmış və kredit borcunun hissələrə (18 hissəyə) bölünməmiş məbləğlərin;
    13. 3 (üç), 6 (altı), 12 (on iki) və ya digər aylıq ödəniş növündən istifadə edilməklə yaranmış və razılaşdırılmış ödəniş aralığı çatmamış kredit borcları üzrə əsas məbləğin ödənilməsi.


    Qeydlər:
    06.06.2016 tarixdən başlayaraq "İndi al 1 aya ödə" və "Nağdlaşdırma" imkanları üzrə istifadə edilmiş məbləğlərə verilən möhlətli ödəniş müddəti 18 aydan 12 aya endirilmişdir.
    28.01.2016 tarixindən başlayaraq "İndi al 12 aya ödə" imkanı üzrə kartlardan istifadə dayandırılmışdır.

    Yenilənməmiş Bolkartlar , yəni Adi Bolkart və ya Bolkart MasterCard-lar üzrə ödəniş təqvim ayının ilk 10 günü ərzində və ya ödənişin edilmə tarixindən asılı olmayaraq kredit gecikmədə olarkən həyata keçirildikdə:

    - Hesablanmış cərimələrin;
    Cari ayın 1-nə 1 aylıq ödəniş opsiyası əsasında yaranmış kreditlər üzrə hesablanmış komissiya məbləğlərinin;
    - Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) əsasında yaranmış kreditlərin müvafiq ay üzrə ödənilməli olan məbləğlərin;
    Mobil danışıq xətti üzrə istifadə məbləği (yalnız Bolkart-Nar məhsulu);
    Cari ay ərzində 1 aylıq opsiya əsasında yaranmış kreditlər üzrə hesablanmış komissiya məbləğlərinin;
    - 1 aylıq ödəniş opsiyası ilə yaranmış kreditlərin əsas borclarının;
    - Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) üzrə yaranmış əsas borcların ödənilməsi
    Ödəniş təqvim ayının digər günlərində kredit gecikmədə olmadığı halda həyata keçirildikdə:
    - 1 aylıq ödəniş opsiyası əsasında yaranmış kreditlər üzrə hesablanmış komissiya məbləğlərinin;
    Mobil danışıq xətti üzrə istifadə məbləği (yalnız Bolkart-Nar məhsulu);
    - 1 aylıq ödəniş opsiyası ilə yaranmış kreditlərin əsas borclarının;
    - Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) əsasında yaranmış kreditlərin müvafiq ay üzrə ödənməli olan məbləğlərin;
    - Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) üzrə yaranmış əsas borcların ödənilməsi.

    Qeyd: Ödəniş opsiyası dedikdə - istifadə olunmuş məbləğin ödənilməsi üzrə aylar başa düşülür. 1 aylıq ödəniş opsiyası – “İndi al 1 aya ödə”, 3 aylıq ödəniş opsiyası - “İndi al 3 aya ödə” və s. imkanlara müvafiqdir.

  • Ödənişlərdən sonra kartdakı limitim bərpa olunur?

    Bəli, hər bir ödəniş məbləği (gecikmələrə görə cərimələr və ödənilmiş komissiya haqları istisna olmaqla) kartda yenidən bərpa edilir.

  • Mən Bolkartın sms məlumatlandırma xidmətindən necə yararlana bilərəm və bu zaman əlavə haqq tələb olunurmu?

    Hər bir Bolkart istifadəçisi avtomatik olaraq sms məlumatlandırma xidmətinə üzv olur. Sms məlumatlandırma xidmətinə üzvlüyə görə və xidmətdən istifadəyə görə heç bir əlavə haqq tələb edilmir.

    Bu xidmət Bolkartlılara aşağıdakı üstünlükləri verir:

    1. Hər alış veriş etdikdə, Bolkart sahibinin mobil telefonuna alış-veriş etdiyi ticarət subyektinin adı, alış-veriş məbləği və kartda mövcud balansı göstərən SMS daxil olur;
    2. Nağdlaşdırma kampaniyaları zamanı mobil telefona nağdlaşdırılan məbləğ və cari balans barədə SMS daxil olur;
    3. Bolkart sahibi kartdakı məbləğə nəzarət imkanı qazanır.

    Beləliklə, sms məlumatlandırma xidməti sayəsində hər bir Bolkart sahibi kartdakı balansı barədə bankdan operativ məlumat ala bilir.

  • Bolkartımı itirdikdə və ya kart oğurlandıqda, nə etməli?

    Bolkart itirildikdə və ya kart oğurlandıqda ilk öncə kartdan kənar şəxslərin istifadəsini önləmək üçün onu bloklaşdırmaq lazımdır. Daha sonra isə filiallara müraciət etməklə bankın tariflərinə müvafiq olaraq müəyyən haqq ödəyərək yeni kart (dublikat) sifariş etmək olar.

    Kartın bloklaşdırılması aşağıda əks olunan nömrələr ilə əlaqə saxlamaqla mümkündür:

    - Milli Kart MMC vasitəsi ilə (həftənin bütün günləri - 24 saat ərzində):
    *8893, (012) 598-10-02 və (012) 431-22-02

    - "Bank of Baku" vasitəsi ilə (iş günləri və şənbə günləri - 09:00-dan 18:00 qədər)
    145 və (012) 465-94-43

  • Bolkart şəbəkəsinə aid olmayan ticarət subyekti nədir?

    Standart Bolkartın keçərli olmadığı, lakin MasterCard loqolu Bolkartı qəbul edən yerli mağazalar (məsələn, Zara, Bershka, Music Gallery və s.), o cümlədən xaricdəki istənilən mağaza və internet məkanı.

  • 3 aylıq və 6 aylıq ödəmə seçimləri üçün nə edilməlidir?

    Bunun üçün Bolkart MC sahibi alış-veriş zamanı əldə edəcəyi qəbzdə əks olunmuş

    1) 6 rəqəmli təsdiq kodunu (məsələn, 634111).
    2) “taksit 3” və ya "taksit 6" ifadəsini SMS ilə 8145 nömrəsinə göndərməlidir.

    Məsələn, 634111 taksit 3.

  • Bəs internetdə alış-veriş üçün təsdiq kodunu necə əldə etmək olar?

    İnternet vasitəsi ilə edilən əməliyyatlar zamanı təsdiq kodu SMS mətni şəklində müştərinin əsas mobil nömrəsinə göndərilir.

  • Bu seçimdən kimlər faydalana bilər?

    Master və ya Visa logolu Bolkart sahibləri

  • SMS nə zaman göndərilməlidir?

    Müvafiq SMS alış-veriş həyata keçirilən andan 24 saat ərzində göndərilməlidir. Əks halda, sorğu nəticəsiz qalacaq.

  • Alış-verişi hissələrə bölmək üçün komissiya dərəcəsi nə qədərdir?

    3 aylıq ödəmə seçiminin birdəfəlik komissiya haqqı 4,5%-dir və müştərinin hesabından tutulur.
    6 aylıq ödəmə seçiminin birdəfəlik komissiya haqqı 9%-dir və müştərinin hesabından tutulur.

  • Hal-Hazırda Bolkartlm var və Bolkart istifadəçisiyəm. Yeni növ Bolkart əldə edə bilərəmmi?

    Bəli, əldə edə bilərsiz. Adi Bolkart və ya Bolkart MasterCard -i yeni Bolkartlara,yəni Bolkart Diamond, Bolkart Gold, Bolkart Ailə, Bolkart Gənc, Bolkart Business kartlarından birinə dəyişə bilərsiz . Yeni kartın növü isə şərtlərə əsasən sizin aid olduğunuz müştəri seqmenti qrupundan aslı olaraq müəyyən edilir. Bunun üçün şəxsiyyət vəsiqəsi və kartla birlikdə Bankın filiallarına müraciət edə bilərsiz. Siz hətta mövcud Bolkartınızda borcunuz olduqda belə borcu ödəmədən kart dəyişmə əməlaiyyatı üçün Banka müraciət edə bilərsizniz.

  • BAL nədir və necə hesablanır?

    "Yeni Bolkartlarla (Diamond, Gold, Ailə, Gənc, Business) POS-larda və İnternet üzərindən edilən alış-verişlər zamanı müştərinin BAL hesabına ballar yüklənir.
    BAL - Bolkartla alış-veriş etdiyiniz zaman qazandığınız bonusdur. BAL-ların məbləği Sizin kartdan istifadə məkanından və hissəli ödəniş seçiminizdən asılıdır BALların hesablanması zamanı 1 (bir) BAL = 1 (bir) manat kimi nəzərə alınır.

    BAL-lar qazanılma şərtlərinə görə 2 növdə olur:

    1. Standard BAL
    2. Kampaniya BALı

    Standard BAL - alış-veriş zamanı qazandığınız BAL-dır və standart istifadə müddətinə malikdir.
    Kampaniya BALı - Bank və ya Bankın ticarət və ya xidmət partyorları tərəfindən keçirilən xüsusi kampaniyalar zamanı xüsusi şərtlərlə qazanılan BAL-dır. Bu növ BAL-ların istifadə müddəti müxtəlif ola bilər və keçirilən kampaniyanın şərtlərindən asılıdır.

    Qeyd: ATM və POS lardan nağdlaşma zamanı ,Millikart prosesinq mərkəzinin dəstəklədiyi POS və elektron ticarət üzrə əməliyyatlar zamanı BAL hesablanmır."

  • BALların etibarlılıq müddəti nə qədərdir?

    Standard BALların istifadə müddəti BALların qazanılma ilindən sonrakı ilin son gününədəkdir.
    Misal üçün, müştəri 12.03.2014 tarixində 5 bal dəyərində BAL qazanıb. Onun qüvvədə olma müddəti 31.12.2015-ci ilədək olacaq
    Kampaniya BALlarının istifadə müddəti müxtəlif ola bilər və keçirilən kampaniyanın şərtlərindən asılıdır
    Misal üçün , Bankın əməkdaşlıq etdiyi hər hansı bir ticarət partnyoru tərəfindən kampaniya keçirilir və kampanyanın şərtlərindən biri də odur ki, hər 100 manatlıq alış-verişə 10 BAL verilir. Həmən BALların istifadə müddəti alış- veriş tarixindən sonra 30 gün təyin edilir. Yəni həmən BALlar 20 gün ərzində isitfadə edilməlidir. 30 gün ərzində istifadə edilməyən BALlar ləğv ediləcək.

  • BAL-lardan necə və harda istifadə etmək olar?

    Yığılmış BAL-lardan yalnız Bolkart şəbəkəsinə aid olan mağazalarda alış-veriş etdikdə, Bankın POS terminalı vasitəsi ilə istifadə etmək mümkündür.

    Qeyd: Balların xərclənməsi zamanı BAL hesablanmır.

  • MİL nədir?

    "Bolkart Diamond istifadəçiləri yığılmış BALları MİL şəklində istifadə edə bilərlər. MIL-lər BAL-lara əsasən hesablanır və MIL-lərin hesablanması zamanı qazanılmış 1 (bir) BAL 100 (yüz) MIL kimi qiymətləndirilir. MİL-lərin etibarlılıq müddəti BALların etibarlılıq müddəti ilə eynidir və BALların müddəti ilə müəyyən edilir.

    Yığılmış MİL-lərdən müxtəlif istiqamətlərdə Aviabiletlərin alınması üçün istifadə etmək mümkündür.Yığılımış MIL-lərdən Aviabiletlərin alınmasına istifadə etmək üçün (012) 50-50-145 nömrəsi ilə əlaqə saxlayıb, Bankın xüsusi agentindən aviabilet sifariş edə bilərsiniz. Uçuş istiqamətləri üzrə biletlərin MIL qiymətləri ilə burada tanış ola bilərsiniz. (cədvələ keçid)"

  • Bolkart - Debet nədir və necə istifadə olunur?

    Bolkart Debet kartları sizin öz şəxsi vəsaitinizdən istifadə üçün nəzərdə tutlub. Bolkart debet kartının üstünlüyü ondan ibarətdir ki, kartın növündən yəni Bolkat Diamond, Bolkart Gold, Bolkart Ailə, Bolkart Buisness, Bolkart Gənc olmasından aslı olaraq müvafiq imtiyazlar əldə edirsiz və hər istifadə zamanı siz əlavə BALlar qazanırsız.

Onlayn kalkulyator

Mağazanın adı

Ayı seçin

Məbləğ

Onlayn kalkulyator nədir?

Bu kalkulyator vasitəsilə Siz Bolkartın keçərli olduğu mağazalarda planlaşdırdığınız alış-verişin məbləğini rahat hesablaya bilərsiniz. Bunun üçün Siz əks olunmuş xanalarda 3 sadə funksiyanı yerinə yetirməlisiniz:
1. Alış-veriş edəcəyiniz mağazanı seçməli
2. Alış-veriş müddətini seçməli
3. Almaq istədiyiniz malın qiymətini qeyd etməli
Sonda Siz növbəti aylıq ödəniş və cəmi ödəcəyiniz məbləğ barədə məlumat alacaqsınız.

Cəmi məbləğ

0 AZN

Növbəti aylıq ödəniş

0 AZN

Zəng sifarişi

Təşəkkürlər!

Zəng sifarişiniz qəbul olundu!

Sual ver

Təşəkkürlər!

Sualınız qəbul olundu!

Partnyorluq bağlanması üçün ərizə forması

Təşəkkürlər!

Partnyorluq sifarişiniz qəbul olundu!
Əgər Siz ticarət obyektinizdə Bolkart plastik kartı ilə alış-verişin olmasını istəyirsinizsə, qeyd olunan formanı doldurun.

Onlayn sifariş ver

Təşəkkürlər!

Kart sifarişiniz qəbul olundu!

Yalnız Azərbaycan Respublikası orqanları tərəfindən verilən vəsiqələr qəbul edilir.

Kartların müqayisəsi

  Bolkart Gənc Bolkart AİLƏ Bolkart Gold Bolkart Diamond

Müştərinin yaşı

min.18 - maks.kart rəsmiləşən tarixə 27/

min. 18 - maks. 65

min. 18 - maks. 65

min. 18 - maks. 65

Müştərinin minimal əmək haqqı məbləği


Tələb yoxdur

Qeyd: Şəxsi gəliri olmayan gənclər valideyn zaminliyi ilə kart əldə edə bilərlər

Tələb yoxdur

min. 1000 AZN

min. 3000 AZN

Kredit xəttinin məbləği

min. 200 AZN – maks. 3000 AZN

min. 200 AZN – maks. 3000 AZN

min. 3000 AZN – maks. 5000 AZN

min. 2000 AZN – maks. 10000 AZN

Kartın qiyməti

-

-

-

150 AZN

İllik xidmət haqqı

10 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

20 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

 

40 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

Nəzərdə tutulmayıb

Əlavə kartın buraxılması

Nəzərdə tutlmayıb

Mümkündür

Mümkündür

Mümkündür

Ödəniş tarixləri

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Ödəniş aralığının dəyişdirilməsi

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Nağdlaşdırma limiti -

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.

Nağdlaşdırma komissionu
(Bankın ATM və POSlarında)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

Möhlət müddəti

40 günədək

40 günədək

45 günədək

45 günədək

BAL

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Mil sistemi

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir.
Yığılmış millər Aviabiletlərin alınmasında istifadə oluna bilər.

Priority pass

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir.

Sığorta

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir.

Kartların müqayisəsi