Bolkart sifariş et

Bank of Baku-dan birdən-birə 5 sürpriz: Hər kəsə özəl 5 Bolkart- 5 üstünlük! | 23.09.2015

Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkart müştərilərin tələb və istəklərini nəzərə alaraq bazarda daha bir yeniliyə imza atır. Yenilikçi strategiyasının davamı olaraq Bank of Baku, Bolkart layihəsi çərçivəsində HƏR KƏSƏ ÖZƏL 5 YENİ BOLKARTINI təqdim edir: Bolkart GƏNC, Bolkart AİLƏ, Bolkart BUSINESS, Bolkart GOLD, Bolkart DIAMOND.

Bənzər kartlardan əhəmiyyətli dərəcədə fərqlənən yeni Bolkartlar müştərilərinə aşağıdakı əsas üstülükləri təqdim edəcək. Belə ki, yeni Bolkartlara sahib olmaqla Siz:
 
  1. Mağazada və ya internetdə bolkartla ödəniş zamanı Ballar toplayıb, onlardan alış-veriş zamanı istifadə edə bilərsiniz. Məs. kartınızda 100 bal varsa, deməli Siz Bolkart partnyor mağazalarında bu ballardan istifadə edib 100 azn-lik alış-veriş edə bilərsiniz.
  2. Kartdakı məbləğin müvafiq hissəsini daim nağdlaşdıra bilərsiniz. Artıq kampaniyaları gözləməyə ehtiyac yoxdur.
  3. Ödəniş tarixini dəyişdirə bilərsiniz. Məs. ödənişi 1-10 tarixləri arasında deyil, 11-21 tarixləri arasında və s. edə bilərsiniz.
  4. Ailə üzvləri üçün öz Bolkart limitinizə bağlı əlavə Bolkart ala bilərsiniz.
  5. Xüsusi dizaynlı karta sahib ola bilərsiniz.

Bank of Baku-nun reklam və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nigar Tahirovanın sözlərinə görə yeni Bolkartlar müxtəlif müştəri auditoriyasının istək və tələbatı nəzərə alınaraq hər biri üçün özəl hazırlanıb və bazarda rəqib kartları tamamilə üstələyəcək: “Azərbaycanın ilk hissə-hissə ödənişli kartı olan Bolkart 4 il ərzində yüz minlərlə müştərinin rəğbətini qazana bilib. Düşünürəm ki, yeni Bolkartlar çox qısa zamanda ölkəmizin ən sevimli kartlarına çevriləcək. Bir neçə gün öncə bir sıra reklam daşıyıcılarında görünən “Birdən-birə 5 sürpriz” sloqanlı reklam yeni Bolkartların buraxılış kampaniyası ərəfəsində atılan ilk addımlardan biri idi. Qeyd edim ki, bu reklam sosial şəbəkələrdə və KİV-də böyük marağa səbəb olmuşdur. Belə ki, yeni Bolkart sahiblərini kartlarına özəl bir sıra üstünlüklər gözləyir. Məs. millər qazanıb pulsuz aviabilet almaq imkanı, pulsuz səyahət sığortası və s. Yeni kartlarla bərabər bolkart istifadəçiləri üçün yenilənmiş və istifadəsi çox rahat olan veb sayt, aktiv mobil istifadəçiləri üçün isə xüsusi mobil əlavə və digər yeniliklər də hazırlanmışdır. Bizə etibar edən, dəyərli sadiq müştərilərimiz sayəsində liderliyini qoruyan Bolkart qısa zamanda müştərilərini fərqli layihə və kampaniyaları ilə də sevindirəcək. Qeyd edim ki, bu layihə çərçivəsində ilk uduşlu kampaniyamız gələn həftə Bolkart Facebook rəsmi səhifəmizdə aktiv olacaq. İlk 100 yeni Bolkart sahiblərini hədiyyələr gözləyir!”

Məlumat üçün bildirək ki, yeni Bolkartlar ilkin olaraq yalnız Bankın Baş idarəsinin müştəri xidmətləri departamenti tərəfindən veriləcək, daha sonra isə artıq bankın bütün filiallarında bu kartları əldə etmək mümkün olacaq. Əvvəlki Bolkarta sahib olan müştərilər banka yaxınlaşmaqla kartını dəyişdirə bilər. Yeni kart sifariş etmək istəyən müştərilər isə www.bolkart.az, www.facebook.com/bolkart rəsmi səhifələrdən onlayn sifariş edə və yaxud bankın istənilən filialına yaxınlaşa bilər.

Onlayn kalkulyator

Mağazanın adı

Ayı seçin

Məbləğ

Onlayn kalkulyator nədir?

Bu kalkulyator vasitəsilə Siz Bolkartın keçərli olduğu mağazalarda planlaşdırdığınız alış-verişin məbləğini rahat hesablaya bilərsiniz. Bunun üçün Siz əks olunmuş xanalarda 3 sadə funksiyanı yerinə yetirməlisiniz:
1. Alış-veriş edəcəyiniz mağazanı seçməli
2. Alış-veriş müddətini seçməli
3. Almaq istədiyiniz malın qiymətini qeyd etməli
Sonda Siz növbəti aylıq ödəniş və cəmi ödəcəyiniz məbləğ barədə məlumat alacaqsınız.

Cəmi məbləğ

0 AZN

Növbəti aylıq ödəniş

0 AZN

Zəng sifarişi

Təşəkkürlər!

Zəng sifarişiniz qəbul olundu!

Sual ver

Təşəkkürlər!

Sualınız qəbul olundu!

Partnyorluq bağlanması üçün ərizə forması

Təşəkkürlər!

Partnyorluq sifarişiniz qəbul olundu!
Əgər Siz ticarət obyektinizdə Bolkart plastik kartı ilə alış-verişin olmasını istəyirsinizsə, qeyd olunan formanı doldurun.

Onlayn sifariş ver

Təşəkkürlər!

Kart sifarişiniz qəbul olundu!

Yalnız Azərbaycan Respublikası orqanları tərəfindən verilən vəsiqələr qəbul edilir.

Kartların müqayisəsi

  Bolkart Gənc Bolkart AİLƏ Bolkart Gold Bolkart Diamond

Müştərinin yaşı

min.18 - maks.kart rəsmiləşən tarixə 27/

min. 18 - maks. 65

min. 18 - maks. 65

min. 18 - maks. 65

Müştərinin minimal əmək haqqı məbləği

Tələb yoxdur

Qeyd: Şəxsi gəliri olmayan gənclər valideyn zaminliyi ilə kart əldə edə bilərlər

Tələb yoxdur

min. 1000 AZN

min. 3000 AZN

Kredit xəttinin məbləği

min. 200 AZN – maks. 3000 AZN

min. 200 AZN – maks. 3000 AZN

min. 3000 AZN – maks. 5000 AZN

min. 2000 AZN – maks. 10000 AZN

Kartın qiyməti

-

-

-

150 AZN

İllik xidmət haqqı

10 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

20 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

40 AZN

Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.

Nəzərdə tutulmayıb

Əlavə kartın buraxılması

Nəzərdə tutlmayıb

Mümkündür

Mümkündür

Mümkündür

Ödəniş tarixləri

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək

Qeyd: Müştərinin istəyi əsasında ödəniş tarixi dəyişdirilə bilər.

Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək

Ödəniş aralığının dəyişdirilməsi

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur)

Nağdlaşdırma limiti -

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Kartın Limitinin 25%-dək

Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər.

Nağdlaşdırma komissionu
(Bankın ATM və POSlarında)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

1% (min. 1.0 AZN)

Möhlət müddəti

40 günədək

40 günədək

45 günədək

45 günədək

BAL

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır.
Yığılmış ballardan müştərilər yalnız alış-veriş zamanı mal və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə edə bilərlər. 1 (bir) BAL 1 (bir) AZN dəyərindədir.

Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı

Mil sistemi

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir.
Yığılmış millər Aviabiletlərin alınmasında istifadə oluna bilər.

Priority pass

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir.

Sığorta

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir.

Kartların müqayisəsi