Bank of Baku, “Bolkartla Qazan” aylığı çərçivəsində Bolkart əldə etmək istəyən tələbələrə və bütün şəxslərə geniş imkanlar yaradır. “Tələbə biletini göstər, Bolkartını al” şüarı altında keçirilən kampaniya çərçivəsində tələbələrə Bolkart Gənc Debet HƏDİYYƏ olaraq təqdim olunacaq.
07-30 noyabr 2016-cı il tarixləri arasında keçirilən kampaniyadan təhsil aldığı müəssisə, dərəcə, fakültə və ixtisasından asılı olmayaraq bütün tələbələr faydalana biləcəklər. Bank of Baku tərəfindən 3 valyutada - AZN, USD və EUR valyutasında təqdim olunan Bolkart Gənc Debet kartını hər tələbə kampaniyada iştirak etməklə, ancaq bir valyutada əldə edə bilər.
Tələbə olmayan, lakin Bolkart almaq istəyən digər şəxslərə də Bank of Baku sadəcə 3 AZN ödəməklə kredit və ya debet kartı əldə etmək imkanı yaradır. Yaşı 27-dək olan şəxslər Bolkart Gənc, 27-dən yuxarı olan şəxslər isə Bolkart ailə kartını kampaniya çərçivəsində sadəcə 3 AZN ödəməklə sifariş edə bilərlər. Kampaniyada həm Bolkart kredit, həm də Bolkart debet kartları iştirak edir.
Şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulan Bolkart debet kartını müştəri AZN valyutası ilə yanaşı, həmçinin USD və EUR valyutasında da sifariş edə bilər. Kampaniya dövrü ərzində bir şəxs hər üç valyutada kartı hər birinə ayrılıqda 3 AZN ödəyərək əldə edə bilər. Yəni, ümumilikdə 9 AZN ödəyib, AZN, USD və EUR valyutasında Bolkart debet almaq olar.
Qeyd edək ki, kampaniyadan kənar Bolkart Gənc kredit kartının standard illik xidmət haqqısı 15 AZN, debet kartının isə 10 AZN təşkil edir. 27 yaşdan yuxarı şəxslərin istifadəsi üçün nəzərdə tutulan Bolkart Ailə kredit kartının rəsmiləşdirilməsi üçün 20 AZN, debet kartı üçün 25 AZN illik xidmət haqqı tələb olunur.
“Bolkartla Qazan” aylığı çərçivəsində həyata keçirilən bu və digər kampaniyalar haqqında ətraflı məlumatla həm Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də Bankın və Bolkartın rəsmi internet ünvanlarına daxil olmaqla əldə edə bilərsiniz.
Cəmi məbləğ
Növbəti aylıq ödəniş
Bolkart Gənc | Bolkart AİLƏ | Bolkart Gold | Bolkart Diamond | |
Müştərinin yaşı |
min.18 - maks.kart rəsmiləşən tarixə 27/ |
min. 18 - maks. 65 |
min. 18 - maks. 65 |
min. 18 - maks. 65 |
Müştərinin minimal əmək haqqı məbləği |
|
Tələb yoxdur |
min. 1000 AZN |
min. 3000 AZN |
Kredit xəttinin məbləği |
min. 200 AZN – maks. 3000 AZN |
min. 200 AZN – maks. 3000 AZN |
min. 3000 AZN – maks. 5000 AZN |
min. 2000 AZN – maks. 10000 AZN |
Kartın qiyməti |
- |
- |
- |
150 AZN |
İllik xidmət haqqı |
10 AZN Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz. |
20 AZN Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.
|
40 AZN Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz. |
Nəzərdə tutulmayıb |
Əlavə kartın buraxılması |
Nəzərdə tutlmayıb |
Mümkündür |
Mümkündür |
Mümkündür |
Ödəniş tarixləri |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək |
Ödəniş aralığının dəyişdirilməsi |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Nağdlaşdırma limiti - |
Kartın Limitinin 25%-dək |
Kartın Limitinin 25%-dək |
Kartın Limitinin 25%-dək |
Kartın Limitinin 25%-dək |
Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər. | ||||
Nağdlaşdırma komissionu |
1% (min. 1.0 AZN) |
1% (min. 1.0 AZN) |
1% (min. 1.0 AZN) |
1% (min. 1.0 AZN) |
Möhlət müddəti |
40 günədək |
40 günədək |
45 günədək |
45 günədək |
BAL |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı |
Mil sistemi |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir. |
Priority pass |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir. |
Sığorta |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir. |