Ötən ilin oktyabrında Bank of Baku-nun məhsulu olan Bolkartın 5 yaşı tamam oldu. 5 il ərzində yüz minlərlə müştəriyə Bolkart vasitəsilə xidmət göstərən Bank of Baku bu özəl gündə müştərilərini də diqqətdən kənarda qoymadı. Azərbaycanın ilk taksit kartının 5 yaşının tamam olması münasibətilə 1 ay boyunca “Bolkartla Qazan” aylığına start verildi. Bu aylıq çərçivəsində həm Bolkart sahiblərinin, həm də Bolkart əldə etmək istəyən hər bir şəxsin faydalana biləcəyi 10 fərqli kampaniya həyata keçirildi. Müxtəlif hədəf qruplarına – tələbələrə, gənclərə, qurmanlara, kino həvəskarlarına, alış-veriş sevərlərə və digər şəxslərə yönəlik kampaniyalardan on minlərlə müştərilər faydalana bildi. Kampaniyalar içərisində isə əsas yeri 600 nəfərə hədiyyə qazandıran “Bolkartla Qazan” lotereyası tuturdu ki, bunun da əsas hədiyyəsinin qalibi Avropaya 2 nəfərlik səyahət paketi və Bolkart Diamond kartında 500 AZN pul mükafatı qazandı. “Mən belə nağıllara inanmıram” deyən Fazilə Əliyeva, super prizin qalibi olaraq 1 həftə ərzində 5 Avropa ölkəsinə - Macarıstan, Çexiya, Slovakiya, Avstriya və Almaniyaya səyahət etmək şansını qazandı. Qeyd edək ki, uçuş Bakı-Budapeşt-Bakı reysi ilə həyata keçiriləcək. Tura, həmçinin avia bilet, oteldə gecələmə, transfer xidməti, ekskursiya, şəhərlərarası nəqliyyat, sığorta da daxildir.
Qalibin mükafatlandırılması zamanı biz də marja.az olaraq orada iştirak etdik və qaliblə təəssüratlarını bölüşdük.
- Əvvəlcə sizi tanıyaq. Nə işlə məşğul olursunuz?
- Adım Əliyeva Fazilə Ələkbər qızıdır. 65 yaşım var. Özüm lal-kar uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim işləyirəm. 40 illik iş stajına sahibəm.
- Neçə ildir ki, Bank of Baku-nun üzvüsünüz?
- Mən artıq illərdir ki, Bank of Baku-nun üzvüyəm və onun xidmətlərindən istifadə edirəm.
- Niyə məhz Bank of Baku?
- Bank of Baku-nu seçməkdə əsas öncüllüyüm ona olan inamımıdır. İlk vaxtlarda Bank of Baku-nun üzvü olmaqla bərabər, başqa banklara da müraciət edirdim. Lakin oradakı xidmət keyfiyyəti məni qane etmədiyindən seçimim ən sonda Bank of Baku oldu. İlk gündən bu bankın xidmətləri və şərtləri məni qane edib. Buna görədir ki, bütün bu illər ancaq bir bankla – Bank of Baku ilə işləyirəm.
- Necə oldu ki Bolkart aldınız və ondan neçə ildir ki, istifadə edirsiniz?
- Mən, demək olar ki, Bolkartın ilk istifadəçilərindənəm. Bank of Baku-ya nağd pul götürmək üçün müraciət edəndə mənə Bolkart haqqında məlumat verdilər. Mən də onu almaq qərarına gəldim və artıq 5 ilə yaxındır ki, Bolkart istifadəçisiyəm. Bolkart mənə çətin günlərimdə, pula ehtiyacım olanda həmişə kömək edib, alış-veriş etməkdə çox yardımçı olur və işimi çox asanlaşdırır.
Gündəlik alış-verişlərdən tutmuş ən vacib texniki vasitələrə qədər hər bir şeyi Bolkartla alıram. Bizim ailədə hər kəsin öz Bolkartı var və hər bir alış-verişimizdə ondan istifadə edirik.
- Əvvəlcədən Bolkart-da belə bir kampaniyanın mövcud olduğu barədə məlumatınız var idi?
- Düzü Bolkartın bu kampaniyası haqqında məlumatım yox idi. Mənə lotereyanın canlı yayımı zamanı zəng gələndə ki, qalib olmusunuz, təəccübləndim, fikirləşdim yəqin tanışlarımdan kimsə zarafat edir. “Düşüb-düşüb də, mən belə nağıllara heç inanmıram”, dedim. Hətta yaxınlarıma dedikdə belə onlar da inamsız yanaşdılar. Amma növbəti gün zəng gələndə, məni Banka dəvət edəndə, daha sonra vizamı, səyahət paketimi alanda bildim ki, bu artıq “nağıl” deyil tam gerçəkdir.
- Bəs, indi necə, inanırsınızmı?
- Apreldə 65 yaşım tamam olur və bu yaşıma qədər heç bir uduşda iştirak etməmişəm, heç bir təşkilatdan heç nə qazanmamışam. Ancaq bu kampaniya məndə belə “nağıllara” inam yaratdı. Bank of Baku-ya da buna görə xüsusi minnətdarlığımı bildirirəm. Doğrudan da, belə kampaniyalar varmış, hər kəsə Bolkartdan istifadə etməyi məsləhət görürəm.
- Artıq hədiyyənizi aldınız. Təəssüratlarınızı bölüşərdiniz.
- Bəli, Bankın dəstəyilə artıq vizamı da, səyahət paketimi də almışam. Həyat yoldaşımla birlikdə gedəcəyim bu səyahətə tam hazıram Hər zaman dünyanı gəzmək, səyahət etmək istəmişəm. Lakin maddi vəziyyətlə əlaqədar bu arzumu reallaşdırmaq çox çətin idi. Bank of Baku isə mənim bu arzumu reallaşdırdı. Özü də birdən-birə 5 Avropa ölkəsini görmək imkanı yaratdı.
- Bu hədiyyəni sizə qazandıran Bank of Baku-ya sözünüz.
- Bank of Baku-nun müdiriyyətinə, bütün işçilərinə öz minnətdarlığımı bildirirəm. Mən çox sevinirəm ki, Bank of Bakunun xidmətlərindən, o cümlədən Bolkartdan istifadə edirəm və bu bankın üzvüyəm. Səbirsizliklə, yeni kampaniyalarını gözləyirəm.
Bank of Baku-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Gülşən Cumayeva sonda yeni Bolkartlar və cari kampaniyalar haqqında da məlumat verdi. O, bildirdi ki, hər bir müştəriyə özəl və istəyinə uyğun təqdim olunan yeni Bolkart kredit kartları sahiblərinə bol-bol üstünlüklər qazandırır. Belə ki, yeni Bolkartlarla edilən hər alış-veriş müştəriyə əlavə ballar və ya millər qazanmaq imkanı verir ki, daha sonra müştəri həmin ballardan yeni alış-verişdə rahat şəkildə istifadə edə bilər. Hal-hazırda, Bolkart əldə etmək istəyən şəxslərin marağına səbəb olacaq endirim kampaniyası icra olunmaqdadır. Belə ki, 31 yanvar tarixinədək Bolkart kredit kartı üçün müraciət edən hər bir şəxs, birinci ilin xidmət haqqısına 50% endirim əldə edəcək. Yəni, tətbiq olunan sərfəli tariflərlə Bolkart Gənc kredit kartını birinci il xidmət haqqısı üçün 5 AZN, Bolkart Ailə kredit kartını 10 AZN, Bolkart Gold kredit kartını isə birinci il xidmət haqqısı üçün 20 AZN ödəməklə əldə edə bilərlər. Bu ayın sonuna kimi davam edəcək digər endirim kampaniyası isə şəxsi vəsaitdən rahat istifadə imkanı yaradan Bolkart debet kartını əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Kampaniya çərçivəsində Bolkart Gənc debet kartını 2 illik 10 AZN (standard qiymət 15 AZN), Bolkart Ailə debet kartını isə 2 illik 15 AZN (standard qiymət 25 AZN) ödəməklə hər bir şəxs əldə edə bilər. Debet kart sahibləri balanslarını istdəkiləri an cəmi 5 san. ərzində həm Bank of Baku-nun ödəniş terminalları, həm də MilliÖn aparatları vasitəsilə artıra bilərlər. Bolkart debet kartlarının istifadəçilərinə qazandırdığı mühüm üstünlüklərindən biri də, xərclənən vəsaitin 15%-dək hissəsinin ballar şəklində balansa geri qayıtması və istənilən an komissiyasız nağdlaşdırma imkanının olmasıdır. Həm Bolkart kredit, həm də Bolkart debet kartları və onların qazandırdığı üstünlüklər haqqında ətraflı məlumatla facebook səhifəsindən https://www.facebook.com/Bolkart/ və http://bolkart.az/ saytından tanış ola bilərsiniz.
Cəmi məbləğ
Növbəti aylıq ödəniş
Bolkart Gənc | Bolkart AİLƏ | Bolkart Gold | Bolkart Diamond | |
Müştərinin yaşı |
min.18 - maks.kart rəsmiləşən tarixə 27/ |
min. 18 - maks. 65 |
min. 18 - maks. 65 |
min. 18 - maks. 65 |
Müştərinin minimal əmək haqqı məbləği |
|
Tələb yoxdur |
min. 1000 AZN |
min. 3000 AZN |
Kredit xəttinin məbləği |
min. 200 AZN – maks. 3000 AZN |
min. 200 AZN – maks. 3000 AZN |
min. 3000 AZN – maks. 5000 AZN |
min. 2000 AZN – maks. 10000 AZN |
Kartın qiyməti |
- |
- |
- |
150 AZN |
İllik xidmət haqqı |
10 AZN Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz. |
20 AZN Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz.
|
40 AZN Xidmət haqqından azadolma haqqında daha ətraflı FAQ bölməsində məlumat ala bilərsiniz. |
Nəzərdə tutulmayıb |
Əlavə kartın buraxılması |
Nəzərdə tutlmayıb |
Mümkündür |
Mümkündür |
Mümkündür |
Ödəniş tarixləri |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək , 11-dən 20-dək və ya 21-dən ayın sonunadək |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 10-dək, 11-dən 20-dək və ya 21-dən ayın sonunadək |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək |
Kartın rəsmiləşdirilmə tarixindən aslı olaraq ayın 1 -dən 15-dək və ya 16-dan ayın sonunadək |
Ödəniş aralığının dəyişdirilməsi |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Kartın limitinin 1% + 10 AZN ( ilk dəyişmə pulsuzdur) |
Nağdlaşdırma limiti - |
Kartın Limitinin 25%-dək |
Kartın Limitinin 25%-dək |
Kartın Limitinin 25%-dək |
Kartın Limitinin 25%-dək |
Qeyd: Mövcud nağdlaşdırma limiti müştərinin bankdakı tarixçəsindən asılı olaraq Bank tərəfindən artırıla və ya azaldıla bilər. | ||||
Nağdlaşdırma komissionu |
1% (min. 1.0 AZN) |
1% (min. 1.0 AZN) |
1% (min. 1.0 AZN) |
1% (min. 1.0 AZN) |
Möhlət müddəti |
40 günədək |
40 günədək |
45 günədək |
45 günədək |
BAL |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. Onlayn xidmət və malların ödənişi üçün daha çox bal qazanmaq imkanı |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı |
Kartdan istifadə zamanı müştərilərə ballar hesablanır. Xarici ölkələrədə istifadə zamanı daha çox bal qazanmaq imkanı |
Mil sistemi |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Balların hesablanması zamanı 1 Bal 100 Mil kimi qiymətləndirilir. |
Priority pass |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Priority Pass kartı müştərilərə pulsuz təqdim edilir. |
Sığorta |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Nəzərdə tutulmayıb |
Səyahət siğortası paketi müştərilərə pulsuz təqdim edilir. |